Tarix və missiya

Bu gün Azərbaycan Respublikasında qida və yem məhsullarının istehsalı ilə məşğul olan "SƏBA" ticarət markası ətrafında birləşən müəssisələrin fəaliyyət missiyası "Keyfiyyətdə lider!" şüarı üzərində qurulub. "SƏBA" şirkətlər birliyinin əsas məqsədi xammal istehsalından tutmuş, hazır məhsulun alıcılara çatdırılmasınadək istehsalın bütün sahələrində keyfiyyəti ən yüksək mərhələyə çatdırmaq və onu qoruyub saxlamaqdan ibarətdir.

"Keyfiyyətdə lider" missiyası həm menecment sistemində, həm də müxtəlif istehsal proseslərində aparılan işlərin dünya standartlarına uyğun olması məsuliyyətini şirkətlərin üzərinə qoyur.

İstehlakçı maraqlarını daim diqqət mərkəzində saxlamaq, istehsal etdiyi məhsulların keyfiyyəti barədə onlarda dayanıqlı müsbət rəy yaratmaq "SƏBA" ticarət nişanı adı ilə çalışan şirkətlərin fəaliyyətinin prioritet istiqamətlərindən biridir.